Kirkorovla Aygün yenidən bir araya gələcək


Şou-biznes 09 Sen 2019 12:54:00 316 0

Kirkorovla Aygün yenidən bir araya gələcək

Rusiyanın Xalq artisti Filipp Kirkorov yenidən Azərbaycana gəlir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib.

Məşhur müğənni iki gün (30-31 Oktyabr) Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edəcək. O, konsertdə "#цветнастроения" şousunun premyerasının da baş tutacağını açıqlayıb. 

Bundan əlavə, gecədə Xalq artisti Aygün Kazımovanın da səhnəyə çıxacağı ehtimal edilir. Onlar səhnədə "Jara" musiqi festivalında yeni aranjimanda təqdim etdikləri "Jalma" duetini səsləndirəcəklər.