"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” qış geyimləri ilə açıq müsabiqə elan edib


Digərləri 09 Sen 2019 12:55:00 355 0

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” qış geyimləri ilə açıq müsabiqə elan edib

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Mühafizə departamenti üçün qış geyimləri”nin satın alınması ilə əlaqədar açıq müsabiqə elan edilib

Bakı. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Mühafizə departamenti üçün qış geyimləri”nin satın alınması ilə əlaqədar açıq müsabiqə elan edilib. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtlərində göstərilən) (qiymət təklifi istisna olmaqla) 19 sentyabr 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 23 sentyabr 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 24 sentyabr 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq. Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.