Yerevan-Moskva reysində bomba həyəcanı - Uçuş ləngidi


Digərləri 09 Sen 2019 12:37:55 267 0

Yerevan-Moskva reysində bomba həyəcanı - Uçuş ləngidi

“Sibir” aviaşirkətinin Yerevandan Moskvaya uçmalı olan reysi iki saatdan çox ləngiyib

Bakı. “Sibir” aviaşirkətinin Yerevandan Moskvaya uçmalı olan reysi iki saatdan çox ləngiyib. Trend-in məlumatına görə, buna sərnişinlərdən birinin baqajında bomba olduğunu iddia etməsi səbəb olub. Qeyd olunur ki, sərnişin Zvartnots hava limanında heç bir tələb irəli sürmədən yükündə bomba olduğunu deyib. Həmin şəxs polisə təhvil verilib və onun baqajında, eləcə də təyyarədə axtarış keçirilib.