Məşhur azərbaycanlı repçi Kiyevə köçür


Şou-biznes 09 Sen 2019 12:17:00 225 0

Məşhur azərbaycanlı repçi Kiyevə köçür

Mən tez-tez Kiyevdə oluram. Yaratmaq, ilham almaq üçün buraya gəlirəm. Ukraynanı bəyənirəm, bu ölkəyə qarşı çox xoş hisslərim var. Burada yaradıcılıq axını daha yaxşıdır.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu sözləri məşhur Qazaxıstanda yaşayan Azərbaycan əsilli repçi Cah Xalib (Bəxtiyar Məmmədov) "YouTube" kanalında yayımlanan "Şayiə var" proqramında deyib.

Xalib əvvəl Moskvada yaşasa da, bu, onun həyatına və işinə mənfi təsir göstərirmiş.

"Mən əvvəllər Moskvada yaşayırdım, orada mənim üçün çətin idi. Kiyevə gəldim, albomu yazmaqda davam etdim və hər şey dərhal öz yoluna düşdü. Kiyevi yaradıcı Məkkə hesab edirəm. Moskva, sadəcə, mənim şəhərim deyil, Kiyevdə, Ukraynada özümü rahat hiss edirəm", - repçi bildirib.

(adsgarden = window.adsgarden || []).push({});