Yaponiya qaranlığa qərq oldu


Dünya 09 Sen 2019 11:27:00 260 0

Yaponiya qaranlığa qərq oldu

Yaponiyada hökm sürən "Faksay" tayfununa görə 835 minə yaxın ev elektriksiz qalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb.

Ölkədaxili 160-dan çox aviareys ləğv edilib. 

Güclü külək səbəbindən Tokionun cənubundakı Yokohama şəhərində bir neçə evə ziyan dəyib. Səlahiyyətli şəxslər Tokio və ətraf bölgələrdə 400 mindən çox sakinin təxliyəsini tövsiyə edib. "Şərqi Yaponiya Dəmiryolu" şirkəti qatarların hərəkətini qismən dayandırıb, bir neçə hissədə hərəkət təxirə salınıb.