Azərbaycanda anemiya və bu kimi xəstəliklərin aradan qaldırılması ilə bağlı qanun qəbul ediləcək - Deputat


Digərləri 09 Sen 2019 11:27:44 237 0

Azərbaycanda anemiya və bu kimi xəstəliklərin aradan qaldırılması ilə bağlı qanun qəbul ediləcək - Deputat

Azərbaycanda anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün müvafiq qanunvericiliyin qəbul edilməsi zəruridir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün müvafiq qanunvericiliyin qəbul edilməsi zəruridir. Trend-in məlumatına görə, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib. Anemiya və digər mikroelementlərin çatışmazlığının artıq dünyanın bir çox ölkələrinin problemi olduğunu deyən M.Quliyev əlavə edib ki, bu məsələnin qanunvericilik və ya hökumətin qərarları vasitəsilə həll edən ölkələr artıq müəyyən uğurlar əldə ediblər: