Kürdəmirdə ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ


Digərləri 09 Sen 2019 11:19:00 194 0

Kürdəmirdə ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ

Ötən gün Kürdəmir rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Tren: Ötən gün Kürdəmir rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub. Trend-in məlumatına görə, Ağsu-Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınan qəzada iki nəfər müxtəlif dərəcəli bədən xəsaərətləri alıblar. Yaralılar Mərkəzi Rayon Xəstəxanasına çatırıblar. Onlar, Şüşün kənd sakini 1961-ci il təvəllüdlü Gülməmmədov Ramil İbrahim oğlu sağ baldır sümüklərinin qəlpəli sınığı, L1 fəqərələrin cismən qapalı sınığı, alnın əzilmiş-cırılmış yarası və Qaramahmud kənd sakini 1994-cü il təvəllüdlü Eyyubov Rüfət Mürvət oğlu alnın əzilmiş, cırılmış yarası xəsarətləri alıblar.