21 yaşlı Aydan: "Əvvəlcə ərim, sonra isə anam məni kişilərə satdı"


Digərləri 09 Sen 2019 11:09:00 220 0

21 yaşlı Aydan: "Əvvəlcə ərim, sonra isə anam məni kişilərə satdı"

21 yaşlı Aydan (ad şərtidir) əri və anası tərəfindən cinsi zorakılığa məruz qalıb.

Son.az xəbər verir ki, çıxılmaz vəziyyətdə qalan gənc qız acı taleyini baku.ws-ə danışıb.

Onun həyatı hələ yeniyetmə çağında məhv olub. 17 yaşı tamam olmadan təhsilini, bakirəliyini və ən əsası insanlara inamını itirib.

Atasının üzünü görməyib. Hələ körpəykən atası onları atıb. Yüngül həyat tərzi keçirən anasının səhvləri üzündən onun da həyatı məhv olub.

Anası ondan canını qurtarmaq üçün 16 yaşında nişanlayıb, 17 yaşına çatmadan ərə verilib. Əvvəlcə əri, sonra isə anası tərəfindən kişilərə satılıb.