Energetika naziri vətəndaşları qəbul edib (FOTO)


Digərləri 09 Sen 2019 10:50:00 210 0

Energetika naziri vətəndaşları qəbul edib (FOTO)

Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaş qəbulu keçirib.

Bakı. Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaş qəbulu keçirib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Bakı şəhəri və Ağsu, Biləsuvar, Masallı rayonlarından olan vətəndaşları qəbul edib. Müraciətlər əsasən, elektrik enerjisi təchizatı, elektrik dirəklərinin köhnəlməsi, elektrik xətlərinin yararsız vəziyyətdə olması, işlə təminat və digər məsələləri əhatə edib. Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qeyd olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.