Aşura ilə bağlı Bakı polisi


Digərləri 09 Sen 2019 10:33:00 225 0

Aşura ilə bağlı Bakı polisi

Bakı Şəhər Baş Polis İdarəsi Aşura mərasimləri ilə əlaqədar məlumat yayıb.

Son.az xəbər verir ki, İdarənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

(adsgarden = window.adsgarden || []).push({});