Təcili Yardım Briqadası Bakıda 35 yaşlı kişi meyiti aşkarladı


Digərləri 09 Sen 2019 10:15:00 250 0

Təcili Yardım Briqadası Bakıda 35 yaşlı kişi meyiti aşkarladı

Bakıda küçədən meyit tapılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Təcili Tibbi Yardım Briqadası Nəsimi rayonu, A.Qurbanov küçəsi, 2-ci dalanda küçədə gecə saatlarında 30-35 yaşlı kişinin meyitini aşkarlayıb.

Briqada meyitə baxış keçirib və üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar aparılır.