Xəbər aparıcına vəzifə verildi


Digərləri 09 Sen 2019 10:19:00 232 0

Xəbər aparıcına vəzifə verildi

Uzun illər "Xəzər Xəbər"in aparıcısı olan Cəlalə Nəzəroğluya vəzifə verilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Libraff" mağazalar şəbəkəsinə rəhbər gətirilib. 

Bu barədə aparıcı sosial şəbəkədə məlumat verib:

"Dostlar, yeni vəzifəyə təyin olundum. Bundan sonra "Libraff" mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Taleh Heydərova təşəkkür edirəm. Vətənə, millətə xeyirli olsun".