Bakının 3 rayonunda qazın verilişində məhdudiyyətlər olacaq


Digərləri 09 Sen 2019 10:03:00 195 0

Bakının 3 rayonunda qazın verilişində məhdudiyyətlər olacaq

Bakının 3 rayonunda qazın verilişində məhdudiyyətlər olacaq

Bakı. Samir Əli - Bu gün səhər saat 09:00-dan Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq. Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.