Aşura ilə bağlı polis gücləndirilmiş rejimdə işləyəcək - QADAĞALAR açıqlandı


Digərləri 09 Sen 2019 10:09:00 197 0

Aşura ilə bağlı polis gücləndirilmiş rejimdə işləyəcək - QADAĞALAR açıqlandı

Bakı Şəhər Baş Polis İdarəsi Aşura mərasimləri ilə əlaqədar məlumat yayıb.

Bakı. Elçin Mehdiyev - Bakı Şəhər Baş Polis İdarəsi Aşura mərasimləri ilə əlaqədar məlumat yayıb. İdarənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.