“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 09 Sen 2019 09:44:21 237 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. "InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Beynəlxalq maliyyə bazarlarında Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı Bakı vaxtı ilə saat 15:45-də son üç ildə ilk dəfə faiz azaldılmasına gedə biləcəyi proqnozları fonunda avro 1.11$-ın altında ticarət edilməkdədir. Bank faiz azaldılması ilə yanaşı, iqtisadiyyata dəstək üçün istiqraz alışı proqramını bərpa etməsi ilə bağlı açıqlama da verəsə, bu, EUR/USD məzənnəsində ucuzlaşmanı 1.09 və 1.07$-a kimi də sürətləndirə bilər. Bununla bərabər, Amerika Mərkəzi Bankının (FED) uçot faiz dərəcələrində faiz azaldılmasına gedə biləcəyi ehtimalları da diqqət mərkəzində saxlanılmalıdır. Son günlər isə bu ehtimallar azalıb. GBP İngiltərə parlamentinin cümə günü sazişsiz Breksitin qarşısını alan qanun layihəsi qəbul etməsi, GBP/USD məzənnəsinin 1.23$-da ticarət edilməsinə səbəb olub. Təhlillərə əsasən, sonuncu bahalaşma dalğasından sonra funtun qiymətində 1.21$-a kimi korreksiya müşahidə edilə bilər. TRY Türkiyədə inflyasiyanın azalmasına dair müsbət fundamental göstəricilərin açıqlanmasından sonra USD/TRY məzənnəsi keçən həftə ərzində 5.65TL-yə kimi ucuzlaşmışdır. Lakin dolların qiymətlərində möhkəmlənmə, özünü burada da göstərmişdir və məzənnənin yenidən 5.79TL-yə kimi bahalaşması proqnozlaşdırılır. Cümə axşamı saat 15:00-da Türkiyə Mərkəzi Bankının faiz qərarı da böyük maraqla gözlənilməkdədir.