Millimiz Xorvatiya yığmasını qəbul edir


İdman 09 Sen 2019 09:31:00 275 0

Millimiz Xorvatiya yığmasını qəbul edir

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, rəqib Xorvatiya yığması olacaq. "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq. Matçı isveçrəli Sandro Şörerin başçılığı altında isveçrəli hakimlər briqadası idarə edəcək.

E qrupunda ilk dövrədən sonra Xorvatiya 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb. Hələ xal qazana bilməyən Azərbaycan isə sonuncu - 5-ci pillədədir.

İki komanda indiyədək 3 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələ matçlarından birincisi Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2014-cü il oktyabrın 13-də Osiyek şəhərində keçirilmiş görüşdən sonra Azərbaycan millisinin ovaxtkı baş məşqçisi Berti Foqts istefa verib. 2015-ci il sentyabrın 3-də Bakıda oynanılmış qarşılaşma isə qolsuz nəticələnib. Bu matçın ardından isə Niko Kovaç Xorvatiya yığmasının sükanı arxasından ayrılıb. Cari seçmə tsikldə martın 21-də Zaqrebdə baş tutmuş görüş Xorvatiyanın qələbəsi ilə bitib - 2:1.