Türkiyədə motosikletlə avtomobil toqquşub: ölən və yaralananlar var


Dünya 09 Sen 2019 09:05:00 210 0

Türkiyədə motosikletlə avtomobil toqquşub: ölən və yaralananlar var

Türkiyənin Burdur vilayətində motosikletin maşınla toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Gölhisar rayonunda baş verib.

Motosiklet sürücüsü yerindəcə ölüb.

Qəza nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri yaxşıdır.