Bakıda avtomobil yanıb


Digərləri 09 Sen 2019 08:52:00 172 0

Bakıda avtomobil yanıb

Bakıda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda "İran Khodro" markalı minik avtomobilinin mühərrik hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.