Ərdoğan: "Sentyabr ayının sonuna qədər..."


Dünya 09 Sen 2019 08:19:00 253 0

Ərdoğan: "Sentyabr ayının sonuna qədər..."

Sentyabr ayının sonuna qədər Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaradılması üzrə əməliyyat başlamazsa, Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirəcəkdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə ilə ABŞ təhlükəsizlik zonası yaratmağı müzakirə etməyə davam edir, lakin hər mərhələdə Türkiyə ilə ABŞ-ın hədəflərinin fərqli olduğu aydın olur.

Qeyd edək ki, avqustun 7-də Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq barədə razılığa gəliblər.