"BP" şirkəti Şəfəq-Asiman üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin müzakirəsi üçün ictimaiyyətlə görüş keçirir


Digərləri 09 Sen 2019 08:00:00 228 0

"BP" şirkəti Şəfəq-Asiman üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin müzakirəsi üçün ictimaiyyətlə görüş keçirir

Şəfəq-Asiman üzrə kəşfiyyat qazma layihəsinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə ediləcək

Bakı. Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi "BP" elan edir ki, Şəfəq-Asiman üzrə kəşfiyyat qazma layihəsinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək. BP bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir. Görüş aşağıdakı ünvanda və tarixdə keçiriləcək: “HOLIDAY INN” mehmanxanası (Kövkəb Səfərəliyeva küçəsi 5, Bakı, Azərbaycan, AZ 1010), “Moskva” zalı, 11 sentyabr 2019-cu il 10:00 - 12:00 Görüşdə sənəd haqqında təqdimatlar olacaq və auditoriyanın sualları və şərhləri ətrafında müzakirə keçiriləcək. 5 avqust 2019-cu il tarixindən etibarən ƏMSSTQ sənədinin layihə variantının nüsxələri (və rəy formaları) ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib: BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153 M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29 Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20 Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyov küç., 5; Qoqol küç., 2 Libraff Kitab Mağazası: Hüseyn Cavid prospekti 186 (Mirvari Park kompleksi, D Bloku) Bakı Ali Neft Məktəbinin kitabxanası: Bakı şəhəri, Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu) Bundan əlavə, sənədin tam versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) BP-nin vebsaytında yerləşdirilib: