Hemofiliyalı xəstələrin Naftalan nefti ilə müalicəsi üçün dövlət qurumlarına müraciət ediləcək (ÖZƏL)


Digərləri 09 Sen 2019 07:45:00 228 0

Hemofiliyalı xəstələrin Naftalan nefti ilə müalicəsi üçün dövlət qurumlarına müraciət ediləcək (ÖZƏL)

Yaxın gələcəkdə hemofiliyalı xəstələrin müalicəsinin Naftalan nefti ilə aparılması üçün müvafiq dövlət strukturlarına və Səhiyyə Nazirliyinə müraciətlər ediləcək.

Bakı. İlhamə İsabalayeva - Yaxın gələcəkdə hemofiliyalı xəstələrin müalicəsinin Naftalan nefti ilə aparılması üçün müvafiq dövlət strukturlarına və Səhiyyə Nazirliyinə müraciətlər ediləcək. Bunu özəl olaraq Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib. Onun sözlərinə görə, hemofiliyalı xəstələrin çoxu oynaqlarda baş verən qansızmalar nəticəsində ağırlaşmalar ilə (artrit, artrozlar) üzləşirlər. Buna görə də Naftalan vannaları oynaqların bərpasında faydalı ola bilər. G.Hüseynova hesab edir ki, bu müalicənin həkim nəzarəti altında aparılması və qanı laxtalandıran faktor konsentratından istifadə ilə tətbiqi xəstənin vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərə bilər: