Sovet ekranının "baş yaramaz"ı FOTO


Digərləri 09 Sen 2019 07:21:00 240 0

Sovet ekranının "baş yaramaz"ı  FOTO

O, sui-qəsd törədib, satqınlıq və diversiyalara rəhbərlik edib

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onu "yaradıcı fərdiliyi olan aktyor" adlandırırdılar. Həqiqətən də sovet kinosunda bu cür fərdiliyə məxsus aktyor çox az olub. Qartalvari burnu, hündür alnı, dərin qırışları, müdrik baxışları, dəqiq hərəkətləri ilə bu fərdiliyə malik idi. Sovet aktyoru Andrey Fayt demək olar ki, heç vaxt müsbət rol oynamayıb. O, sovet kinosunda ömrünün son günlərinə qədər çəkilən aktyor kimi yadda qalıb. Azərbaycanla da bağlılığı olan aktyorun avqustun 29-da doğum günüdür.

Artistlik karyerası üçün   Andrey Fayt 1903-cü il, avqustun 29-da Nijni Novqoroda həkim ailəsində dünyaya gəlib. Atası "Xalq hərəkatı qrupu" təşkilatının rəhbəri idi. Eserlərin Kommunist Partiyasının üzvü kimi Çar hakimiyyətinə qarşı mübarizə aparırdı. Onu tez-tez həbs edirdilər, dəfələrlə Sibirə sürgünə göndərilmişdi. Anası Anna Nikolayevna da tibbi siyasətlə qarışdırmışdı - ərinə fəal kömək edirdi. Taleyinə isə tez-tez, günləri sayaraq ərinin sürgündən qayıdacağı günü özləmək yazılmışdı. O, Andreyə hamilə olanda da həyat yoldaşı sürgündə idi. Andreyin atası Narım dairəsinə sürgün olunduğu zaman öz pasiyentlərinin köməyi ilə Fransaya qaça bildi. Tezliklə həyat yoldaşı iki oğlu ilə onun arxasınca gəldi. Onlar bir neçə ilə Paris yaxınlığındakı rus koloniyasında yaşadılar. Andrey orada liseyə getdi. Birinci Dünya müharibəsi başlayanda atası fransız ordusunun həkimi qismində könüllü kimi cəbhəyə getdi. Anası isə uşaqlarla birlikdə Moskvaya qayıtdı. Fevral inqilabından sonra isə Andreyin atası ailəsinin yanına döndü.

Fayt gimnaziyanı Rusiyada bitirdi. Daha sonra Hava Donanması Mühəndisliyi İnstitutunda oxudu. Ancaq o, dəqiq elmlərə qarşı içində nifrət hiss etdiyi üçün artistlik karyerasına görə institutu yarıda qoydu. Fayt 1927-ci ildə Dövlət Kinematoqrafiya Texnikumunu bitirdi. Bu, peşəkar sovet kino aktyorlarının ilk buraxılışı idi. Ancaq Fayt aktyor kimi çəkilməyə erkən başlayıb. Vladimir Qardinin "Göyərçinlərin malikanəsi" filmində Azanqulov rolu onun sənət yolunu həmişəlik müəyyənləşdirdi. "1922-ci ilin qışı idi. Mən bilirdim ki, Moskvada dünyada yeganə olan Kinematoqrafiya İnstitutu var. Üzümü təraş etdim. Təmiz köynək geyindim və bu unikal institutun yerləşdiyi əraziyə getdim. Təsəvvür edin, ilin ortasında cavan bir oğlan instituta gəlir və tələbə olmaq arzusunu bildirir. İnstitutun rəhbəri onu imtahanlarla və auditoriya ilə təmin edir", - deyə aktyor sonralar xatırlayırdı.

1925-ci ildə Andrey Fayta Serqey Eyzeyşteynin "Bronenoseç "Patyomkin" filmində çəkilmək şansı yaranır. Bu tarixi film sonralar dəfələrlə bütün zamanların və xalqların ən yaxşı filmi elan olunacaqdı. İnstitutu qurtarandan sonra Fayt kinoda müntəzəm çəkilirdi, hətta bəzən elə olurdu ki, bir ildə bir neçə filmə dəvət alırdı. Düzdür, bunların çoxu epizodik rollar idi, hətta bəzən titrlərdə adı çəkilmirdi. Andrey Fayt Böyük Vətən Müharibəsində iştirak etməyib. 1941-ci ildə o, "Soyuzuşaqfilm" studiyası ilə birlikdə Stalinabada evakuasiya olunur. Orada "Meşə qardaşları", "Kartaşova müəllimə", "Dəmir mələk" filmlərində çəkilir. "Lermontov" filmindəki işini bitirir. "Mən evakuasiya həyatının ağırlığını hiss edirdim. Müharibə haqqında isə qəzetlərdən, fotolardan, hekayələrdən və filmlərin xronikalarından öyrənirdim" - deyə aktyor etiraf edirdi. Müharibədən sonra da aktyor kinoda, xüsusən, mənfi rollarda çəkilməyini davam etdirdi.

Ona cəsarətli rollar verirdilər. Onun rolları həmişə müxtəlif olurdu. Düşmən obrazlarını oynayarkən, o, personajın xarakterinin əsas xüsusiyyətlərini sona qədər axtarmaqdan çəkinmirdi. Hər obraza məxsus ən xırda detalları tapıb ortalığa çıxarırdı. Düşmən obrazları oynayanda personajın xarakterinə məxsus ən xırda detalları, zahiri davranışları əks etdirən xüsusiyyətləri belə, tapıb üzə çıxarırdı, onları canlandırırdı. Tamaşaçını təkcə onlardan qorxmağa deyil, həmçinin nifrət etməyə, eyni zamanda, bu mənfiliyin təbiətini anlamağa məcbur edirdi. Oynadığı mənfi rollara görə, o, sovet ekranının "baş yaramaz"ı kimi tanınırdı. Aktyor əcnəbi agentlərdən, düşmən zabitlərdən tutmuş qəddar cadugərlərə qədər obrazları böyük məharətlə canlandırırdı. Rejissorlar Faytı təkcə bu rollara uyğun gələn xarici görkəminə görə deyil, həmçinin mənfi qəhrəmanların fakturasını parlaq ifadə etdiyinə görə dəvət edirdilər. "Ələddinin sehirli çırağı"nda Məğribli cadugər və "Əyri güzgülərin krallığı" filmindəki nazir Nuşrokov rolları tamaşaçı kütləsinin yaddaşında daha çox qalıb. Andrey Fayt kinoda 60-dan çox rol oynayıb. Enzeyşteynin, Protazanovun, Gerasimovun, Rommun filmlərində çəkilib. Onların hər biri ilə işləyərkən öyrənməkdən yorulmurdu. Böyük sənətkarların çəkiliş meydanında elədikləri hər şeyi acgözlüklə mənimsəyirdi.

Göygöz Kosa, Mazelli...   Andrey Fayt bir çox Azərbaycan filmlərində çəkilib. "Bir qalanın sirri" filmində (1959) Göygöz Kosa rolu hamıya yaxşı tanışdır. Məşhur rejissor Əlisəttar Atakişiyev bu filmdə zalım və cadugər Göygöz Kosa obrazını məhz Andrey Fayta həvalə edir. Daha sonra rejissor Tofiq Tağızadənin İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur "Uzaq sahillərdə" filmində də aktyor rol alır. Bu məşhur filmdə o, İtaliyanın Triyest şəhərindəki italyan bardelinin sahibi Mazelli obrazını məharətlə yaradır.

(adsgarden = window.adsgarden || []).push({});