Yaponiyada tayfun səbəbindən 20 yaralı, təxminən 930 min ev işıqsız qalıb


Digərləri 09 Sen 2019 07:28:00 210 0

Yaponiyada tayfun səbəbindən 20 yaralı, təxminən 930 min ev işıqsız qalıb

Tokio şəhərində güclü "Faks" tufanı səbəbindən təxminən 930 min yaşayış evi müvəqqəti olaraq işıqsız qalıb

Bakı. Yaponiyanın Tokio şəhərində güclü "Faks" tufanı səbəbindən təxminən 930 min yaşayış evi müvəqqəti olaraq işıqsız qalıb. Trend-in məlumatına görə, bu barədə "TEPCO" energetika kompaniyası bildirib. Məlumata əsasən, Tokio ilə yaxınlıqda olan Çiba Prefekturasında ən az 20 nəfər xəsarət alıb. Həmin prefekturada güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Sakit okeandan Tokioya yaxınlaşan tayfuna görə yüzə yaxın avia reyslər ləğv edilib.