Ərdoğan: Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirməyə hazırdır


Digərləri 09 Sen 2019 03:24:33 180 0

Ərdoğan: Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirməyə hazırdır

Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaradılması üzrə əməliyyatı başlamazsa, Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirəcəkdir

Bakı. Sentyabr ayının sonuna qədər Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaradılması üzrə əməliyyatı başlamazsa, Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirəcəkdir. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində deyib. Ərdoğan qeyd edib ki, Türkiyə ilə ABŞ təhlükəsizlik zonası yaratmağı müzakirə etməyə davam edir, lakin hər mərhələdə Türkiyə ilə ABŞ-ın hədəflərinin fərqli olduğu aydın olur.