Günün qoroskopu: Şərtlər dəyişir


Digərləri 09 Sen 2019 00:01:00 206 0

Günün qoroskopu: Şərtlər dəyişir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Hadisələrin verdiyi siqnallara və işarələrə fikir verin. Nəyisə dəyişmək, güzəştə getmək gərəkdir. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Müəyyən proseslərdə dönüş anıdır. Mənasını itirmiş əlaqələri dayandırın. İllüziyalara qapılmayın, boş xəyalların əsiri olmayın.

Günün ikinci yarısında qüvvənizi və potensialınızı dürüst qiymətləndirin. Orqanizminizdə yorğunluq hiss edirsinizsə, bir qədər dincəlin. Stressin səviyyəsini aşağı salın.

Axşam saatlarında xoş işlərlə məşğul olun. Maraqlandığınız informasiyanı arayın. Müxtəlif tapıntılar və bir müddət sonra gerçəkləşdirə biləcəyiniz ideyalar istisna deyil.

Buğa - Reaksiyanız sürətli olmalıdır. Münasibətlərdə yersiz intriqalar yaratmayın. Hadisələrin axarı sürətləndiyindən özünüzü itirməyin. Peşəkar fəaliyyət müstəvisində görüləsi işlərin sayı artır.

Bir sıra məsələlərin həllini ertələməyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın.

Yeni orientirlər seçin. Qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Axşam saatları pozitiv emosiyalar vəd edir.

Sizə ünvanlanmış iradları təmkinlə dinləyin. Danışan insanın sözlərində məntiq ola bilər.

Əkizlər - Baş verənləri səthi dəyərləndirməyin. Problemləri araşdırın. Mənasız ittihamların təhlilinə çox vaxt ayırmayın. İnformasiya ilə zəngin vaxtdır. Təmasları yeniləyin.

Yeni orientirləri müəyyənləşdirin.

Günün ikinci yarısında tərəfdaşlarla anlaşılmazlıqlar stress yarada bilər. Artan ambisiyalar, cari situasiyada qəfil sürətlənmə tələbləri, təşəbbüslərin anlaşılmaması çətinliklər vəd edir.

Müşkül durumun konstruktiv həllini tapın.

Axşam saatlarında hadisələr spontan istiqamətdə inkişaf edəcək. Şəriklərlə rolları dürüst paylaşın. Kəskin ziddiyyətlər yaratmayın. Ümumi məqsəd cəhdlərin sinxronlaşmasına səbəb olmalıdır.

Xərçəng - İndi və bu saat fəaliyyətə başlayın. Rəqiblərin yeni təşəbbüsləri var. Yerinizi qorumaq, mövqelərinizi gücləndirmək istəyirsinizsə, bir qədər dəyişməlisiniz. Riskli qərarlardan çəkinməyin.

Günün ikinci yarısında tərəfdaşlarla mübahisələriniz ola bilər. Sizi narazı salan arqumentləri rədd etməyin.

İşinizi tam yerinə yetirin, öhdəlikləri və vədləri unutmayın. Yeni işə başlamayın. Qəfil xəbərlər, təxribatlar sizdə təcili reaksiya istəyi yaratmamalıdır.

Dəyişikliklər sizə yeni imkanları dəyərləndirmək şansı verəcək. Axşam saatlarında tələskənliyə yol verməyin.

Şir - Enerji tonusunuza fikir verin. Xroniki problemlərin həllini ertələməyin. Bu prosesin güclənməsinin qarşısını almaq üçün mütləq şəkildə aktivləşməlisiniz. Cari işlərdə geriləməyin.

İşləri tezləşdirmək üçün süni təsirlərə əl atmayın, təzyiqlərdən yararlanmaq fikrinə düşməyin.

Günün ikinci yarısında fəaliyyət obyektini dəyişə bilərsiniz. Fövqəladə şərtlər sürətli həllər tələb edir.

Təmirə başlamaq olar. Yoxlanmamış mənbədən alınan informasiyaya inanmayın.

İşgüzar əlaqələrdə və şəxsi münasibətlərdə uğurlu zamandır. Münasibətlərin qəfil pisləşməsinə əsla imkan verməyin.

Qız - Emosional durumun məntiqi sonucunu görəcəksiniz. Fəaliyyətinizdə köklü dəyişikliklərə lüzum yoxdur. Ötənlərdəki zəhmətiniz və səylərinizdən faydalanın. İlkin sonuclar zamanıdır.

Əhvalınız kəskin şəkildə pisləşə bilər. Səbrli olmasanız, duruma nəzarət rıçaqlarını əldən buraxacaqsınız. Ətrafınızdakı yeniliklərə nəzər salın.

İşlədiyiniz kollektivdə vəziyyət qəlizləşir. İdeyalarınızı müstəqil şəkildə götür-qoy edin.

Axşam saatlarında geri çəkilməyiniz az sonra irəliləyişin ilkin mərhələsinə çevrilə bilər. İlkin təəssüratlar yanlışdır.

(adsgarden = window.adsgarden || []).push({});