20dən çox qızın bakirəliyini pozdu, doğradı, ətindən ziyafət verdi və... AĞLAGƏLMƏZ DƏHŞƏT FOTO


Digərləri 08 Sen 2019 23:39:00 270 0

20dən çox qızın bakirəliyini pozdu, doğradı, ətindən ziyafət verdi və...  AĞLAGƏLMƏZ DƏHŞƏT  FOTO

Seriyalı qatil şəxsiyyətin anormal şəkildə pozulmasından sonra 30 gündən daha uzun bir zaman dilimində 3-dən çox insanı öldürən insanlara deyilir. Öldürmə məqsədləri adətən, seksual səbəblərdən olur. Cinayətin qurbanları eyni üsullarla öldürülür və bənzər xüsusiyyətlər daşıyır.

Son.az "Manyak", "Quzuların səssizliyi", "Hannibal", "Mr. Bruks", "Seven", "Kopikat", "Hellouin", "Qışqırtı", "Zodiak", "Dexter" kimi bir çox film və seriala mövzu olan seriyalı qatillərin nəfəs kəsən hekayələrini təqdim edir.

Qazaxıstanlı Nikolay Cumaqaliyev

1952-ci ildə anadan olan Nikolay Cumaqaliyev "metal fanq" ləqəbi ilə tanınıb. Ona bu ləqəbi ağ, metal qoyma dişlərinə görə veriblər.

Onun həyat hekayəsi qadınlardan diksinməsi ilə başlayıb. Fahişəliyi şeytanla əməkdaşlıq etmək kimi başa düşən Nikolay bu duruma son vermək və şeytandan intiqam almaq üçün qadınlara təcavüz etməyə başlayıb. Geridə ondan şikayətçi ola biləcək kimsəni buraxmamaq üçün təcavüz etdiyi qadınların cəsədlərini parçalayıb, bişirib və dostları üçün təşkil etdiyi məclislərdə onlara yedirib. Öldürdüyü qadın sayı 100-dən çoxdur...

Evində tapılan balta və cəsəd parçaları onu bir dəlixanaya göndərmək üçün kifayət edib. Ancaq Nikolay ondan da qaçmağı bacarıb və 2 il boyunca rusiyalı polislərdən gizlənə bilib. Sonda Özbəkistanda ələ keçirilib və orada xəstəxanaya yerləşdirilib.

Ed Gein

1906-cı ildə anadan olan Eduard Teodor Gein amerikalı seriyalı qatildir. Cinayətləri bir çox hekayələrə və filmlərə mövzu olub: "Manyak" (1960 film), "The Silence of the Lambs" (Tomas Harris / Conatan Demme), "Texas Mişar Qətliamı" (1973) və s.

Ed gənclik illərində seksin böyük bir günah olduğuna inanaraq yaşayıb. Anasının yanında böyüyüb və öldükdən sonra qadın vücudu ilə maraqlanmağa başlayıb. Anatomiya sahəsində araşdırmalar etdikdən sonra məzarlıqdan oğurladığı cəsədlər üzərində öyrəndiklərini tətbiq etməyə başlayıb. Bir müddət sonra təzə bədənlər üzərində araşdırma aparmaq istəyən seriyalı qatil qurbanlarını anası yaşında (55) seçib. O, cəsədlərlə cinsi əlaqəyə girməklə yanaşı, vampirlik də edib və onların dərilərindən geyim, divar kağızı düzəldib. Onun evindən qadınların cinsi orqanı, kəsilmiş qadın başları və yemək üçün daxili orqanlar tapılıb. Həyatının son illərini dəlixanada keçirən Ed 77 yaşında ürək çatışmazlığından ölüb.

Amerikalı vampir Albert Fiş

"Quzuların səssizliyi" filmi və filmin "Keş" obrazı Hannibal Lesterə ilham qaynağı olan seriyalı qatil Boz adam, Uisteriyanın canavar adamı və Bruklin vampiri kimi ləqəblərlə tanınıb. O, 100-dən çox cinayətdə şübhəli bilinir. Tanınan ən qoca seriyalı qatil ünvanına sahibdir.

"İncil" kitabına böyük maraq göstərən qatil rahib olmağı xəyal edib. Həbsxanada bir psixiatrın söylədiyinə görə, uşağın ətini yeməsini və qanını içməsini müqəddəs Rəbbani ayini düşüncəsinə bağlayıb. Qurbanlarından biri Qreys Buddu öldürdükdən sonra 9 gün onun əti ilə qidalanıb.

Adətən, kiçik və müdafiəsiz uşaqları qurban seçən Albert Fiş cinayətlərində mütləq işgəncə tətbiq edib, təcavüz edib və ətlərini yeyib. O, qurbanlarına ağrı çəkdirməkdən böyük zövq alıb. Bütün bunları isə din adına etdiyinə inanıb. Seriyalı qatil özünə də işgəncə verməkdən həzz alıb və öz sidiyini içib. Kiçik mismarlı ağaclarla özünü döyüb, qasığına iynə batırıb və özünə cinsi, fiziki işgəncələr verib. İşgəncə verdiyi uşaqları isə "Tanrıya verilən qurban" kimi qələmə verib.

Zodiak qatili

(adsgarden = window.adsgarden || []).push({});