Almaniyada xalq bayramında partlayış olub: 14 nəfər yaralanıb


Dünya 08 Sen 2019 23:05:00 209 0

Almaniyada xalq bayramında partlayış olub: 14 nəfər yaralanıb

Almaniyanın Froydenberq şəhərində xalq bayramında baş verən partlayış nəticəsində ən az 14 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, onlardan altısının vəziyyəti olduqca ağır olaraq qiymətləndirilir.

İlkin məlumatlara görə, partlayışa səbəb içərisində isti yağ olan qızartma qabına suyun daxil olması ola bilər.

Hüquq-mühafizə orqanlarına görə, çox güman ki, söhbət qaz partlamasından getmir.