Ailəli xanımla sevişən, arvadının rəfiqəsi ilə eşq yaşayan, qadınları ərsiz qoyan MƏŞHUR ŞOK FAKT FOTO


Digərləri 08 Sen 2019 22:10:00 278 0

Ailəli xanımla sevişən, arvadının rəfiqəsi ilə eşq yaşayan, qadınları ərsiz qoyan MƏŞHUR  ŞOK FAKT  FOTO

"Sevdiyin adamla kasıb daxmada yaşamaq xoşbəxtlikdir" məsəlini Yelena Bulqakova sözlə deyil, öz əməli ilə sübut edib. O, varlı ərindən və təmin olunmuş həyatından imtina edərək özünü tamamilə dahi yazıçı Mixail Bulqakovun problem və qayğılarına həsr edib.

Rus yazıçı, dramaturq, teatr rejissoru və aktyor - Mixail Bulqakovun çox qəribə adətləri vardı. Onlardan biri, insanları müşahidə etmək həvəsi idi. Bunun üçün o, restoranlarda nahar etməyi xüsusilə ilə sevirdi. Orada, müəllif özü üçün maraqlı bir insan tapır, uzun müddət izləyir, onun kim olduğunu və adi həyatda nə ilə məşğul olduğunu anlamağa çalışırdı. Ətrafdakı insanlarda elə təəssürat yaranırdı ki, Bulqakov başqalarına naməlum olan hər şeyi bütünlüklə görə və onları çözə bilirdi. Yelena Şilovskaya ilə tanış olanda da Mixail Afanasyeviç ilk baxışdan anlamışdı ki, onun qarşısında adi qadın deyil, taleyi dayanıb... 1932-ci ilin 4 oktyabrında onlar qanuni ər-arvad olub, amma məşhur cütlük ailə səadətini başqalarının bədbəxtliyi üzərində inşa edib. Mixail Afanasyeviç Yelena ilə görüşənədək iki dəfə evli olub.

Ümumiyyətlə, Mixail Bulqakov qadın fədakarlığından daha çox zahiri gözəlliyinə qiymət verən kişi idi. Baxımlı əllər, zəriflik, fransız ətirlərinin məstedici qoxusu onu laqeyd qoya bilməzdi...

Son.az bu yazıda oxucuları Mixail Bulqakovun həyatındakı 3 qadınla tanış edir.

İlk məhəbbət tarixçəsi

Onun ilk seçimi Tatyana Lappa idi. Cütlüyün münasibətləri mükəmməl görünsə də, ən başından bəri valideynləri onlara qarşı çıxırdı. Hər ikisi ali təhsilli, ziyalı ailədən idi. Amma Tatyananın anası belə bir kürəkəni xəyal etmirdi. Bulqakovlar ailəsi buna qarşılıq olaraq, oğullarının yeni həvəsi uğrunda təhsilinə laqeyd yanaşmasını qəbul etmək istəmirdi. Ailələrinin etirazlara baxmayaraq, gənclər 1913-cü ilin 26 aprelində evlənir. Ancaq normal ailələrin sevinclə qarşıladığı hadisə onların ailə həyatının ilk faciəsi olur. Məsələ ondadır ki, qız onun varisini dünyaya gətirməyə hazır idi, lakin atalığa hazır olmayan yazıçı təkid edir ki, Tatyana aborta getsin. Təəssüf ki, onun əri naminə verdiyi qurbanlar abortla kifayətlənməyib. Bu nəcib qadını qarşıda taleyin daha ağır sınaqları gözləyirdi...

İlk vaxtlarda cütlük qənaət edərək yaşayırdı. Tatyananın atası onlara ayda 50 rubl göndərirdi. Bir müddət sonra vəziyyət dəyişir. Qənaət etməyi sevməyən Mixail bilə-bilə ki, sabah ac qalacaq, əlindəki bütün pullarını son qəpiyinədək xərcləyirdi.

Əri hərbi həkim kimi cəbhə bölgəsinə göndəriləndə, Tatyana da onun arxasınca gedir. Onu nə ağrı, nə ölüm, nə qan, nə də ki, silahların qulaqbatırıcı səsləri qorxudurdu. Minaya düşən xəstələrin əlinin və ya ayağının amputasiya edilməsinə hər kişi ürək edib baxa bilməzdi, Tatayana isə bunu bacarırdı. Qadın həyat yoldaşı ilə çiyin-çiyinə verərək döyüş bölgəsində tibb bacısı işləyir. Belə dözülməz yaşayışdan bir neçə ay sonra cütlük Smolensk quberniyasının Nikolskoye kəndində qərarlaşır.

Onları tezliklə başqa bir bəla yaxalayır. Bir uşağı müalicə edən Bulqakov boruyla onun boğazından difteriya pərdələrini sovurmağa çalışırdı. Ehtiyatsızlıq ucbatından onlardan biri Mixail Afanaseviçin özünü yoluxdurur. Ona dərhal ən güclü allergik reaksiyaya səbəb olan peyvənd vururlar: qaşınma, ödəm, hərarət... Ağrılara dözməyən Bulqakov özünə morfi iynəsi vurur və bu, onun narkotik asılılığın başlanğıcı olur.

Yazıçı hərbi həkim çalışdığı dövrdə morfi asılılığından əziyyət çəkir və ağlasığmaz yoxsulluq içində yaşayırdı. Tatyana isə əziyyətli günləri sakit qarşılayır, vulkan püskürməsinin nə vaxt başa çatacağını bilmədən alov üzərində yaşamağa davam edirdi. Ağlı üstündə olmayan əri onun göz yaşları və yalvarışlarına məhəl qoymurdu. Ərinin zorakılıq və təcavüzlərinə məruz qalan Tatyana bir qadının başına gələ biləcəyi bütün kabusları yaşamışdı. Bir dəfə yazıçı qəzəblə yanan primusu öz arvadını üstünə çırpmışdı. Əlbəttə ki, belə bir şəraitdə növbəti hamiləlik fəlakət idi. Uşağın xəstə doğulmasından qorxan Lappa ikinci dəfə aborta gedir. Bütün bunlara baxmayaraq, o, ərinin pis xasiyyətinə mətanətlə dözürdü. Taki ona başqa qadınla xəyanət edənə qədər...

Bulqakov morfi asıllığından xilas olur. Lakin həyat onlara növbəti sınaqlar göndərməyə davam edirdi. Yazıçı 1920-ci ildə yatalaq xəstəliyinə tutulur. T.Lappa ölüm ayağında olan Bulqakovla birlikdə müalicə üçün Qafqaza yola düşür. 1921-ci ilin payızında onlar Moskvaya qayıdır. Ər-arvad yoxsul şəhərdə yaşamırdı, sadəcə sağ qalmağa çalışırdı. Lakin bu, Mixail Afanasyeviçə yaratmağa mane olmurdu. O, gecələr yatmır və "Ağ qvardiya" əsərini tamamlamağa çalışırdı. Vəfalı arvadı belə vəziyyətdə də ərini tək qoymurdu. O, ləyəni tez-tez isti su ilə doldururdu ki, Bulqakov donmuş barmaqlarını onun içində isitsin və yazmağa davam edə bilsin. Lakin Tatyananın sevgi uğrunda verdiyi fədakarlıqları onların nikahını xilas edə bilmir. 1924-ci ilin aprelində Lappa və Bulqakovun nikahı yazıçının yeni məhəbbət macərası üzündən bitir. Yeri gəlmişkən, deyirlər ki, Mixail Afanasyeviç ölümündən əvvəl birinci xanımı ilə görüşüb halallıq almaq istəyib. Çünki ona qarşı etdiyi günahları ölüm ayağında da vicdanını sakit buraxmırdı...

Sevgi ilə sevgi

Yazıçı həyat yoldaşı ilə boşanmaq qərarını Lyubov Belozerski ilə tanış olduqdan sonra qəbul edib. Onların tanışlığı yazıçı Aleksey Nikolayeviç Tolstoyun şərəfinə "Ərəfəsində" ("Накануне") qəzetinin redaksiyasında təşkil olunmuş gecədə baş verib. O dövrün bir çox mütərəqqi insanlar ilə tanış olan Lyubov Tatyananın tayı deyil idi. Lyubov bir müddət öz əri, tanınmış jurnalist İlya Vasilevski ilə xaricdə yaşamışdı. Amma Rusiyaya ərindən boşanmış azad qadın kimi qayıtmışdı.

Dediyimiz kimi ikinci həyat yoldaşı ilə Mixail Afanasi jurnalistlərin yazıçılarla keçirildiyi görüşdə tanış olur. Bulqakov təmkinli geyinmişdi, ancaq onun ayaqlarında sapsarı laklı çəkmələr var idi, Belozerskaya ona "cücə" ləqəbi qoyur və onun geyimini əla salır. Pərt olunmuş yazıçı "Əgər qəşəng geyinmiş və ətirlənmiş xanım bu ayaqqabıları nə qədər çətinliklə əldə etdiyimi bilsəydi, gülməzdi" , deyə cavab verir. Onda Lyubov anlayır ki, zahirən ciddi və güclü görünən kişini incitmək çox asandır.

Mixail Afanasyeviçin ətirlənmiş xanımla ikinci görüşü tamamilə təsadüfən küçədə baş vermişdi. Yazıçı ilə qısa söhbətində Lyubov əri ilə boşanma mərhələsində olduğunu və qohumlarının yanına köçdüyünü xəbər verir, daha sonra öz yeni evinin ünvanını təqdim edir. Lyubov Belozerskayanın yanında tez-tez qonaq olan yazıçı günlərin bir günü ona evlilik təklif edir.

Yeri gəlmişkən, Bulqakov öz qanuni həyat yoldaşına onun yeni sevgilisi ilə birlikdə yaşamağı xahiş etmişdi. Təbii ki, ərinin belə təklifi Tatyananı hiddətləndirir. Bulqakov isə çox rahatlıqla bütün əşyalarını toplayaraq məşuqəsinin yanına gedir.

Məişət problemləri yazıçının yaxasını ikinci dəfə evləndikdən sonra da rahat buraxmırdı. Bir müddət kirayələrdə yaşayan cütlük sonda Böyük Piroqovskaya tacir Reşetnikovs köşkünə yerləşir, burada onlar aktiv və kübar həyatı sürürdü. O dönəmdə Bulqakovun populyarlığı da getdikcə artırdı. Lyubov Yevgenyevna tez-tez katibə işini yerinə yetirirdi. Bulqakov öz əsərlərini ona diktə edirdi.

Bir dəfə onlar birlikdə "Ağ gil" komediyasını yazmağa başlamışdı, amma sonradan onu məhv etmişdilər. Mixail Afanasyeviç "İt ürəyi" povesti və "Kabala dindarları" pyesini ikinci həyat yoldaşına həsr etsə də, bu xanımı ilə də münasibətləri rəvan deyildi. Lyubov Yevgenyevna ev və ailədən başqa hər şeylə maraqlanırdı. Lyubov saatlarda telefondan asılaraq rəfiqələri ilə danışmağı çox sevirdi. Lakin telefon Bulqakovun yazı masasının üstündə idi, odur ki, ərinin işinə mane olan arvadın nəhayətsiz boşboğazlığı ailə daxilində xırda mübahisələr doğururdu. Bir dəfə Mixail Afanasyeviç xanımına "Lyuba, belə olmaz axı, mən işləyirəm" , - deyə irad tutur.

Lyuba ironiya ilə ərinə belə cavab qaytarır: "Heç nə olmaz, Dostoyevski deyilsən".

Lyuba da sələfi kimi yazıçıya xariqüladə əsərlərinə yaratmağa kömək edə bilmirdi, onlar arasındakı hisslər tədricən sönürdü. Şübhəsiz ki, bunda xanım Yelena Şilovskayanın cazibəsinin rolu az olmamışdı. Onlar 1932-ci ilin oktyabrında ayrılmağa qərar verirlər.

Bu həyatda hər şey bumeranqdır və kim nə edirsə, özünə edir. Bunun sübutunu hər kəs dəfələrlə yaşayıb, şahidi olub. Ataların buna dair gözəl bir məsəli də var - nə əkərsən, onu da biçərsən. Beləliklə, Tatyananın göz yaşları üzərində qurulan Mixail və Lyubov məhəbbəti romanı eyni sonluqla başa çatır. Vaxtilə yazıçının ailəsini dağıdan Lyubov Yevgenyevna yeddi il sonra özü həmin vəziyyətə düşür.

Yazıçını dünyaya tanıtdıran qadın kim olub?

(adsgarden = window.adsgarden || []).push({});