Xəstəxanaya düşdü, Trampla görüşə bilmədi


Dünya 08 Sen 2019 22:35:00 241 0

Xəstəxanaya düşdü, Trampla görüşə bilmədi

Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Caber əs-Sabah tibbi müayinə üçün ABŞ-da xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar ABŞ prezidenti Donald Tramp ilə planlaşdırılan görüş təxirə salınıb.

Qeyd edilir ki, Vaşinqton administrasiyasının rəhbəri və Küveyt əmiri sentyabrın 12-də Ağ Evdə görüş keçirməli idi.

İki liderin görüşünün yeni tarixi daha sonra açıqlanacaq.