Mərakeşdə avtobus qəzasında ən azı doqquz nəfər ölüb


Dünya 08 Sen 2019 21:25:00 209 0

Mərakeşdə avtobus qəzasında ən azı doqquz nəfər ölüb

Mərakeşin şərqindəki ər-Rəşidiyyə vilayətində avtobus qəzasında ən azı doqquz nəfər həyatını itirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli hakimiyyət xəbər yayıb.

Bildirilir ki, ər-Rəşidiyyə vilayətindəki Kantara Vad rayonunda baş verən daşqınlar nəticəsində avtobus aşıb.

Qeyd olunur ki, 29 şərnişin xilas edilib, zərərçəkənlər lazımi tibbi yardım almaq üçün xəstəxanaya çatdırılıb.