Payızqış mövsümünün ən dəbli rənglərini qarşılayın FOTO


Digərləri 08 Sen 2019 19:10:00 232 0

Payızqış mövsümünün ən dəbli rənglərini qarşılayın  FOTO

Qarderoba növbəti qara paltarı daxil etməyə tələsməyin, onları qəhvəyi və mavinin ən açıq versiyaları ilə əvəz edin. Onlar qarderobun ənənəvi bej və qara rəngli baza geyimlərini mükəmməl şəkildə tamamlayır. Odur ki, payız alış-verişinə çıxmazdan əvvəl rənglər siyahısını əldə rəhbər tutun.

Son.az payız-qış mövsümünün 10 trend rəngi ilə tanış edir.

Cəlbedici yaşıl

Yetişmiş avokado, laym (yaşıl limon) və yaşıl çili bibəri kimi rənglər bu payız qarderobun əsas inqrediyenti olacaq. Odur ki, bu inqrediyenti öz "reseptinizə" daxil etməyə dəyər. Yaşılın bir çox çalarında olan kostyumlar, paltolar və bluzlar bu mövsüm xidmətinizdədir.

Qəhvəyi

Tünd qəhvəyi qaranın ən əlverişli alternatividir. Qəhvəyi notlar bir çox kolleksiyalarda qarşımıza çıxır.

Parlaq çəhrayı

Solğun çəhrayı bu payız yerini sırğagülü ləçəklərinə dəyişir. Özünüzü şənləndirmək və yayı xatırlamaq üçün, xüsusilə buludlu günlərdə bu rəngdə geyinməyi məsləhət görürük.

Kirəmit

Mövsümün simvolu adlandırıla biləcək ənənəvi payız rəngidir. Qırmızının bu çaları şərab növü kimi, yumşaqlığı və zənginliyi ilə dərhal fərqlənir. Belə axşam paltarları və kostyumlar atlaz və ya məxmər kimi parçalarda daha təsirli görünür.

Çili bibəri

Qırmızının qarşısıalınmaz cazibəsi həm gündüz, həm də gecələr eyni dərəcədə işıq və müsbət enerji yayır. Rəsmi qəbullar üçün mükəmməldir, xüsusilə diqqət mərkəzində olmaq lazımdırsa.

Narıncı alov

(adsgarden = window.adsgarden || []).push({});