İranın bu rayonunda 3 tona yaxın narkotik aşkarlandı


Digərləri 08 Sen 2019 20:11:00 209 0

İranın bu rayonunda 3 tona yaxın narkotik aşkarlandı

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Xaş rayonunda 2,61 ton narkotik maddə aşkarlanıb

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Xaş rayonunda 2,61 ton narkotik maddə aşkarlanıb. Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Qənbəri deyib. M.Qənbərinin sözlərinə görə, Xaş və Zahidan rayonlarının polis əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində 2 ədəd “Toyota” markalı pikap avtomobili saxlanılıb. O əlavə edib ki, avtomobillərdən 2,59 ton tiryək, 18 kq həşiş və digər narkotik vasitələr aşkarlanıb.