Uşaqlarınız gözü açıq yatır, yuxuda gəzirsə DİQQƏTLƏ OXUYUN


Digərləri 08 Sen 2019 19:29:00 856 0

Uşaqlarınız gözü açıq yatır, yuxuda gəzirsə  DİQQƏTLƏ OXUYUN

Bir qayda olaraq insanlar yatan zaman gözlərini yumurlar. Amma bəzən elə insanlar olur ki, onlar yatan zaman gözlərini yarıaçıq saxlayırlar, ya da ümumiyyətlə açıq gözlərlə yatırlar. Bu kimi mənzərə qarşısında biz onların oyun oynadığını düşünə bilərik. Lakin bu heç də belə deyil. Bunun bir sıra ciddi səbəbləri var.

Son.az insanların nə üçün gözləri açıq şəkildə yatdığını izah edəcək bir sıra səbəbləri təqdim edir:

Laqoftalm

Həkimlər iddia edirlər ki, uşaq yaşlarında bu müşahidə olunursa, normal hal hesab etmək olar. Məsələ ondadır ki, gün ərzində körpələr bir çox fərqli təəssüratlar yaşayır və bu onlarda çox fərqli emosional durum yaradır. Nəticədə onlar narahar yatır və yuxu rejimləri pozulur. Bəzən yuxuda qışqırdıqlarını da eşidə bilərsiz. Əgər uşağın göz qapaqları yarıaçılmış haldadırsa, bu onların göz almalarının sürətli hərəkətləri ilə bağlı olur. Bəzən sürətli yuxu əlaməti kimi də qiymətlədirilə bilər. Əgər bu halda körpə özünü yaxşı hiss edirsə, sadəcə yerinə qoyan kimi tez bir zamanda yatırsa, görməsi ilə bağlı heç bir problem yoxdursa, onun üçün narahat olmağa ehtiyac yoxdur.

Endokrin problemləri

Böyüklərdə isə bu proses o qədər də normal qarşılanmır. Buna ilkin olaraq qalxanvarı vəzinin fəaliyyətinin pozulması səbəb ola bilər. Zamanla isə bu vərdiş halını almağa başlayır. Tireotoksikoz zamanı göz almaları yuvalarından çıxır və belə olan zaman yuxu zamanı gözlər tamamilə bağlanmır.

Göz qapaqlarının patologiyası

Bizim gözlərimiz xüsusi əzələnin vasitəsi ilə müəyyən zəif qığırdağa bağlanır. Amma əgər hansısa bir səbəblərdən əzələ quruluşu düzgün deyilsə və ya qığırdaq qüsurludursa belə halda da göz qapağı tamamilə bağlanmaya bilir.

Əsəb sisteminin problemləri

(adsgarden = window.adsgarden || []).push({});