Georqi Qaxariya Gürcüstanın baş naziri oldu


Digərləri 08 Sen 2019 19:27:00 211 0

Georqi Qaxariya Gürcüstanın baş naziri oldu

Bu gün Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib

Bakı. Bu gün Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, parlamentin 98 deputatı Georqi Qaxariyanın rəhbərlik etdiyi hökuməti dəstəkləyib. Parlamentin spikeri Arçil Talakvadze səsvermənin yekunlaşı şərh edərkən bildirib ki, etimad göstərilib və qərar qəbul edilib: "Mən Gürcüstanın baş naziri və hökumətini etimadın göstərilməsi münasibətilə təbrik edirəm".