Çalışdığı marketdə quldurluq etməkdə suçlanır
Kriminal 08 Sen 2019 18:17:00 245 0
Çalışdığı "OBA" marketdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.
Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla ittiham edilən 1993-cü il təvəllüdlü Zeynallı Nicat Abuzər oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim İlham Mahmudovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlumata görə, Nicat çalışdığı mağazanın seyfindəki pulları oğurlamağa çalışıb.
Azadlıq prospekti 108 ünvanında fəaliyyət göstərən marketə daxil olaraq, ülgüclə 27 yaşlı Quliyeva Fatimə Bəhram qızını hədələyib və ondan mağazanın seyfini açmasını tələb edib.
Mənbə: milli.az