Gürcüstanda yeni Baş nazir seçildi


Dünya 08 Sen 2019 17:55:00 213 0

Gürcüstanda yeni Baş nazir seçildi

Giorgi Qaxaria Gürcüstanın yeni baş naziri seçilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Gürcüstan parlamenti G. Qaxarianın rəhbərlik edəcəyi hökumətə etimad göstərib.

Parlamentin iclasında G. Qaxaria Nazirlər Kabinetinin yeni tərkibini və hökumət proqramını təqdim edib. Etimad səsverməsində 150 deputatdan 98-i G. Qaxarianın rəhbərlik edəcəyi hökuməti dəstəkləyib.

Müxalif "Vahid Milli Hərəkat", "Avropalı Gürcüstan" və "Vətənpərvərlər Alyansı" səsvermədə iştirak etməyib.

G. Qaxarianın rəhbərlik etdiyi hökumətin tərkibi aşağıdakı kimidir:

Maia Tskitişvili - Regional inkişaf və infrastruktur naziri

Natela Turnava - İqtisadiyyat və davamlı inkişaf naziri

David Zalkaliani - Xarici İşlər Naziri

Ivane Maçavariani - Maliyyə naziri

Mixeil Batiaşvili - Təhsil, Elm, Mədəniyyət və İdman naziri