Gürcüstanda parlamentin qarşısına qoyunlar gətirilib Yeni baş nazirə etiraz


Dünya 08 Sen 2019 17:50:00 258 0

Gürcüstanda parlamentin qarşısına qoyunlar gətirilib  Yeni baş nazirə etiraz

Gürcüstanın "Ayıbdır" hərəkatının üzvləri və tərəfdarları ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, aksiyaçılar qanunverici orqanın giriş qapısı qarşısında "utanc dəhliz"i yaradıblar.

Məlumatda bildirilir ki, iştirakçılar G. Qaxariyanın ölkənin baş naziri təyin olunmasına etiraz olaraq, bir neçə qoyunu parlamentin qarşısına gətiriblər.

"Qoyunların" bir hissəsi parlamentin içərisindədir. Səsvermədə yalnız qoyunlar sifariş alıb, səs düyməsinə vura bilər", - deyə hərəkat lideri Gigi Makaraşvili şərh edib.