Honq Konqda iğtişaşlar nəticəsində 19 nəfər xəsarət alıb


Dünya 08 Sen 2019 16:44:00 266 0

Honq Konqda iğtişaşlar nəticəsində 19 nəfər xəsarət alıb

Honq Konqda etiraz aksiyasını iştirakçıları və polislər arasında toqquşmalar baş verib.

Son.az bildirir ki, Trend-in "RTHK" radiostansiyasına istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan 2-sinin vəziyyəti ağırdır.

Bildirilir ki, əsas toqquşmalar Monqkok rayonunda baş verib. Radikal xarakterli etirazçılar polis idarəsinin yaxınlığında avtomobil yollarını bağlamağa çalışıblar.

Bundan əlavə qeyd edilir ki, etirazçıların bir hissəsi ABŞ-ın Baş konsulluğunun binası tərəfə hərəkət etmək niyyətindədir.