Hollandiyalı müstəntiqlər həmin mühüm şahidi dindirib


Dünya 08 Sen 2019 16:16:00 222 0

Hollandiyalı müstəntiqlər həmin mühüm şahidi dindirib

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü bildirib ki, Malayziyanın MH17 reysi ilə uçan "Boeing" təyyarəsinin vurulmasının  mümkün şahidi olan Vladimir Tsemax Rusiyaya göndərilməzdən əvvəl Hollandiya müstəntiqləri tərəfindən dindirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Hollandiya hakimiyyəti onun ekstradisiyasının qarşısını almağa çalışıb. Vladimir Tsemax, Snejnoye şəhərinin hava hücumundan müdafiə qüvvələrinə komandanlıq edib. 2014-cü ildə Malayziyanın "Boeing" təyyarəsi bu şəhərin yaxınlığında vurulub.

Təyyarənin göyərtəsində 298 nəfər olub, onların hamısı həlak olub. Tsemax 2019-cu il iyunun sonlarında Ukrayna xüsusi xidmət orqanları tərəfindən qondarma "DNR" ərazisindən oğurlanıb.

O, şənbə günü Rusiya ilə Ukrayna arasında keçirilmiş əsirlərin dəyişdirilməsi prosesində Ukrayna tərəfindən Rusiyaya verilmiş 35 əsirin siyahısında olub. Ukrayna prezidenti Zelenski şənbə günü Kiyevin Borispol aeroportunda jurnalistlərə bildirib ki, Tsemax Rusiyaya verilməzdən əvvəl dindirilib: "Dindiriblər , özü də ki, yalnız qaytarılması ərəfəsində yox".