80 nəfər növbəti mərhələyə keçdi


Digərləri 08 Sen 2019 16:05:00 229 0

80  nəfər növbəti mərhələyə keçdi

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2019-ci il sentyabrın 8-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

İmtahanda iştirak edən 237 namizəddən 189 nəfər müsabiqə şərtini ödəyərək - 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.