ABŞ ordusunda general rütbəsi alan iki bacı... FOTO


Dünya 08 Sen 2019 16:00:00 248 0

ABŞ ordusunda general rütbəsi alan iki bacı...  FOTO

ABŞ ordusunda xidmət edən general-mayor Maria Lodi Barrettin bacısı Paula Lodi briqada generalı rütbəsinə yüksəlib. 

Bu, ABŞ ordusunda tarixi olay sayılır.

Son.az musavat.com-a istinadən bildirir ki, ABŞ ordusu 1901-ci ilə qədər qadınları öz sıralarına rəsmi olaraq qəbul etmirdi. Bu gün qadınlar ordunun 1,3 milyonlıq aktiv iş gücünün 16 faizindən çoxunu yerinə yetirir.

ABŞ mediası general-mayor Maria Lodi Barrett və briqada generalı Paula Lodinin uğur hekayəsini ordudakı qadınlar üçün əlamətdar bir mərhələ hesab edib. 

Barrett və Lodinin atası, italyan mühacir Ruston Lodi, II Dünya Müharibəsində döyüşüb və 'Gümüş Ulduz' mükafatına layiq görülüb. Ataları kimi hərbçi olmağa qərar verən iki bacının orduya yazılmalarının əsas məqsədi təhsil haqqını ödəmək idi.

(adsgarden = window.adsgarden || []).push({});