Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib


Digərləri 08 Sen 2019 15:15:00 184 0

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2019-ci il sentyabrın 8-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib

Bakı. Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2019-ci il sentyabrın 8-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub. İmtahanda iştirak edən 237 namizəddən 189 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.