Əkiz və üçəm böyüdən azərbaycanlı məşhurlar FOTO


Şou-biznes 08 Sen 2019 14:04:00 292 0

Əkiz və üçəm böyüdən azərbaycanlı məşhurlar  FOTO

Övlad sahibi olmaq vəzifəsindən asılı olmayaraq hər kəsin arzusudur. Kimi azuşaqlı, kimi isə çoxuşaqlı ailə tərəfdarıdır. Şou-biznes nümayəndələri də, həmçinin.  Son.az qafqazinfo-ya istinadla əkiz və üçəm böyüdən şou nümayənədələrini təqdim edir:  Müğənni İzzət Bağırov - 3 oğul atası olan müğənninin Rza və Mehdi adlı əkizləri var.

Əməkdar artist Vəfa Zeynalova - Aktrisanın Lalə və Səbinə adlı əkiz qızları var.

Aparıcı Xoşqədəm Hifayətqızı - Türkiyəli müğənni Doğuşla ailəli olan aparıcının Arda və Arın adlı əkizləri var.

Aparıcı Hüsniyyə Məhərrəmova - Övladlarını mediadan və sosial şəbəkələrdən uzaq tutan aparıcının bir qız, bir oğlan əkizi var.

Müğənni Təranə Mahmudova - Bir qız, bir oğlan əkizi olan ifaçı da uşaqlarını mediadan uzaq tutur.

Əməkdar artist Bəyimxanım Vəliyeva - 5 uşaq anası olan ifaçının Kəlam və Kənan adlı əkizləri var. Bundan başqa, sənətçinin Ayla, Aylin, Amin adlı daha 3 övladı var.