Qaşıqçı cinayətində qoxunc etiraflar: “Stolun üstündəki narkotik maddəni görüb soruşdu ki...” FOTO


Dünya 08 Sen 2019 13:37:00 198 0

Qaşıqçı cinayətində qoxunc etiraflar: “Stolun üstündəki narkotik maddəni görüb soruşdu ki...”  FOTO

Türkiyənin "Sabah" qəzeti  jurnalist Camal Qaşıqçı cinayətinin Səudiyyə Ərəbistandakı məhkəməsində yaşanan, hər kəsin maraqlandığı gizli həqiqətləri ilk dəfə yazıb. 

Son.az bildirir ki, Musavat.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, məhkəmə prosesində yaşananlar Qaşıqçı cinayətinin bu günə qədər heç gün üzünə çıxmamış həqiqətlərini ifşa edib. Amma eyni zamanda sui-qəsd heyətində olanların verdikləri ifadələrdə vəliəhd şahzadə Məhəmməd ibn Salmandan başlayaraq cinayətin ən üstdəki personalarını qorumağı, pərdələməyi məqsəd qoyduğunu da göstərir. 

Qaşıqçının Səudiyyə Ərəbistanın İstanbul konsulluğunda öldürüldüyü 2 dekabr 2018-ci ildən bu günə qədər dünya ictimaiyyətinə cinayətin sirlərini açıqladığı "Sabah"ın əldə etdiyi yeni məlumatlara görə, jurnalisti öldürən 15 nəfərlik sui-qəsd komandasının lideri Mahir Abdülaziz Mutreb əslində bir yox, iki nömrə idi və Müzakirə qrupunun rəhbəri olub. Bir nömrə isə 15 nəfərlik sui-qəsd komandası ilə birlikdə İstanbula gələn general Mansur Əbu Hüseyndi. Hüseyin, şahzadə Salmanın adamı, həbsdə olan keçmiş kəşfiyyat xidməti rəhbərinin vəkili Əhməd Əl Asirinin təlimatı ilə Qaşıqçını öldürmək üzrə Kəşfiyyat, Müzakirə və Logistik adında üç ayrı qrup yaradıb. Mənsur Əbu Hüseyn hər üç qrupa rəhbərlik edirdi.

Riyadda keçirilən 3 yanvar tarixli ilk məhkəmə iclasında, Qaşıqçı cinayəti iddiasının prokuroru Mənsur Əbu Hüseyn də daxil olmaqla, aralarında 9 şübhəlinin ifadələrinin bir-biri ilə uyğun gəldiyi, ancaq Asirinin ifadəsinin uyğun gəlmədiyi aydınlaşıb. Prokuror Türk Müşərrəf Əl-Şehri, Vəlid Abdullah əl-Siti, Fehd Şəbib əl-Belevi, Mutreb və Salah Muhammad əl Tubeykiya edam, digərləri üçünsə ağırlaşdırılmış ömürlük cəza tələb edib. 

Prokuror bildirib ki, ədliyyə tibb mütəxəssisi olan və Qaşıqçının cəsədini parçalayan Tubeyki ilə Səudiyyə Ərəbistanın İstanbul baş konsulluğundakı özəl heyətdə təmsil olunan Muflif Shaya M.El Muslih xaricindəki bütün təqsirləndirilənlər Səudiyyə Ərəbistanı təhlükəsizlik quruluşunda çalışırlar. Şahidlər ifadələrində cinayəti aydınlaşdıracaq bəzi məlumatlar versələr də, Asiri, Kahtani və Şahzadə Selmanı qorumağa da səy göstərdilər. Təhlükəsizlik xidməti rəhbərinin vəkili Əhməd Əl Asiri ifadəsində aşağıdakıları deyib: "Mən Mansura Camalı müzakirə yolu ilə razı salaraq gətirmələri təlimatını verdim. Bu vəzifənin rəhbəri olaraq Mansuru təyin etdim. Mansur təlimatımı yerinə yetirmək üçün Kahtani ilə görüşmək istədi. Mən də onları görüşdürdüm. Camalın zorla gətirilməsi istiqamətində hər hansı bir əmr vermədim". 

Asirinin bu ifadələri şahzadə Salmanın hadisədəki siyasi məsuliyyətini gizlətməyi hədəfləyir. Bu və bunun kimi detallar Mansur Əbu Hüseynin cinayətdəki rolu haqqında önəmli ip ucları verir və bu yerarxiyanın başında Məhəmməd ibn Salmanın yer aldığını göstərir. Buna görə Hüseyn, Salmanın təbliğat işlərinə baxan Suud Əl Kahtanini Mütreb liderliyində Müzakirə qrupu ilə görüşdürüb. 

Əbu Hüseyn ifadəsində aşağıdakı etirafları edib: "Asiri məni çağıraraq, lazım gəlsə Camalı güc tətbiq edərək Səudiyyə Ərəbistanına gətirmək təlimatı verdi. Mən də bu vəzifə üçün Müzakirə, lojistik və təhlükəsizlik adlı üç qrup qurdum. Səfir Uteybiyə zəng etdim və 15 nəfərlə İstanbula gələcəyimi dedim. Amma detallı məlumat vermədim. Camalın Riyada gəlməyi qəbul etməyəcəyi halda qaçırılacağı etibarlı yerin təmin edilməsi məqsədilə hadisə günündən əvvəl (1 dekabr) bizə yardım edəcək yerli adamlarla görüşmək üçün İstanbua getdim. Ardınca tələbimə əsasən, Asiri məni Kahtani ilə görüşdürdü. Kahtani mənə dedi ki, "Camal Səudiyyə Ərəbistanına düşmən ölkədədir və bəzi təşkilatların ondan istifadəsi üçün uyğun bir vəziyyətə gəlib. Camalı gətirsən, ölkənin xeyri üçün vacib bir uğuru təmin etmiş olacaqsan". 

Görüşdən sonra Tubeykiyə zəng vurdum. Və ona yerinə yetirilməsi vacib olan bir vəzifənin olmasını dedim. Əlavə etdim ki, detalları bir araya gələndə danışacağıq. 

Əbu Hüseynin Qaşıqçı cinayətinin təlimat yerarxiyasını ələ verən bu etiraflarında danışdığı prosedurdan sonra dünya təhlükəsizlik, kriminologiya və diplomatiya tarixində görülməmiş barbarlıqları özündə ehtiva edən əməliyyat başlayıb. 

"PARÇALANMASINA QƏRAR VERDİM" 

Edamı istənilən şahidlərdən Mahir Abdülaziz Mutreb ifadəsində aşağıdakıları deyib: "Cinayətdən əvvəl səfirlik binasını gəzdim. Camal öz istəyi ilə Riyada gəlməyi qəbul etməsə, onu zorla bayıra çıxarmanın çətin olduğu qənaətinə gəldim. Bu səbəbdən də Camalın öldürülməsinə qərar verdim".