Xaricdə yaşayıb, milyonların sevimlisi olan


Digərləri 08 Sen 2019 13:26:00 264 0

Xaricdə yaşayıb, milyonların sevimlisi olan

Dünyanın bir çox ölkələrində azərbaycanlılar öz istedadı, bacarığı və peşəkar fəaliyyəti ilə sahəsindən aslı olmayaraq, müxtəlif nailiyyətlər əldə edirlər.

Son.az oxu.az-a istinadən xaricdə yaşayıb və orada uğur əldə edən Azərbaycanlıları sizə təqdim edir.

Rauf və Faiq Mirzoyev (Rauf & Faik), 20 yaş, musiqiçi.

MDB ölkələrində məşhur olan əkiz qardaşlar duetləri ilə diqqət çəkməyi bacarıblar. Qardaşlar Rusiyanın İjevsk şəhərində, azərbaycanlı ailəsində anadan olublar. Onların babası Azərbaycanın opera müğənnisi, Bakı Opera və Balet teatrının rejissorudur.

Bəxtiyar Məmmədov, 25 yaş, müğənni.

Bəxtiyar Məmmədov, ya da Cah Xalib - Qazaxıstanda yaşayan azərbaycanlı, rusdilli reper, müğənni, mahnı müəllifidir. İfaçı təkcə Qazaxıstanda və Azərbaycanda deyil, xaricdə də məşhurdur. Onun beş albomu, altıdan çox videoklipi var. Bundan başqa Bəxtiyar şou biznesdə yaradıcı işlərdə aktivlik nümayiş etdirir.

HammAli və Navai adı ilə Rusiya şou biznesində tanınan Aleksandr Əliyev və Nava Bəkirov.

Onlar etnik azərbaycanlılardır. Kifayət qədər fanat ordusuna malik olan gənc repçilər bütün MDB ölkələrində həm tanınırlar, həm də mahnıları gənclər tərəfindən sevilir. Onlar hər il "Jara" beynəlxalq musiqi festivalında iştirak edir, yeni hitlərini ifa edirlər.

Gənclər tərəfindən rəğbətlə qarşılanan daha bir məşhur ifaçı isə Jony kimi tanınan Cahid Hüseynlidir.

(adsgarden = window.adsgarden || []).push({});