Yaponiyada tayfun səbəbindən 103 aviareys təxirə salınıb


Dünya 08 Sen 2019 12:46:00 242 0

Yaponiyada tayfun səbəbindən 103 aviareys təxirə salınıb

Yaponiya aviaşirkətləri "Faksay" tayfunu səbəbindən 103 daxili aviareysi təxirə salıblar.

Son.az bildirir ki, Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, "JR" dəmiryolu şirkətidə, öz növbəsində, Tokio və Osaka şəhərləri arasında hərəkət edən sürətli ekspreslərin sayını azaldıb.

Bildirilir ki, hazırda iki şəhər arasında hərəkət edən 50 qatar reysi təxirə salınıb.

Yaponiyanın Milli Meteorologiya Bürosunun proqnozlarına əsasən, tropik qasırğa axşam saatlarında mərkəzi Sidzuoka prefekturasına yaxınlaşacaq və paytaxt tərəfə hərəkət edəcək.