İranda 5 nəfər kanalizasiyaya yıxılaraq öldü


Digərləri 08 Sen 2019 11:58:47 210 0

İranda 5 nəfər kanalizasiyaya yıxılaraq öldü

İranın İsfahan vilayətində 5 nəfər kanalizasiya quyusuna yıxılıb

Bakı. Elnur Bağışov - İranın İsfahan vilayətində 5 nəfər kanalizasiya quyusuna yıxılıb. Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayəti Tibb Elmləri Universitetinin tibbi hadisələr və təcili yardım mərkəzinin direktoru Qəfur Rastin jurnalistlərə açıqlamasında deyib. Q.Rastinin sözlərinə görə, bir nəfər quyunu qazarkən onun içərisinə yıxılıb, sonra isə digərləri onu çıxarmaq üçün bir-bir kanalizasiya quyusuna düşüblər.