Çində daha bir zəlzələ baş verib


Dünya 08 Sen 2019 11:29:00 175 0

Çində daha bir zəlzələ baş verib

Çinin Sıçuan əyalətində daha bir zəlzələ baş verib.

Son.az bildirir ki, Trend-in Çin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, maqnitudası 4,3 olan zəlzələ yerli vaxtla saat 10:36-da qeydə alınıb.

Yeraltı təkanların episentri Çendu şəhərindən 140 kilometr cənubda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, daha əvvəl yerli vaxtla saat 06:42-də Sıçuan əyalətində 5,4 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 1 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.