Zaqatalada avtomobillə motosiklet toqquşdu:


Digərləri 08 Sen 2019 10:35:00 276 0

Zaqatalada avtomobillə motosiklet toqquşdu:

Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Danaçı kəndi ərazisində baş verib.

1977-ci il təvəllüdlü, rayonun Danaçı kənd sakini İsa Qurban oğlu Nuhiyevin idarə etdiyi qoşqulu motosikletlə minik avtomobili toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Nuhiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İ.Nuhiyevə sağ aşağı ətrafın baldır sümüyünün yerdəyişən qəlpəli sınığı və sol aşağı ətrafın baldırın cırığı diaqnozu qoyulub. İ.Nuhiyevin müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.