Salonunda 600 zəvvarın olduğu təyyarə Nigeriyada sərt eniş etdi


Dünya 08 Sen 2019 10:17:35 232 0

Salonunda 600 zəvvarın olduğu təyyarə Nigeriyada sərt eniş etdi

Salonunda Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən 600 dindarın olduğu təyyarə Nigeriyanın "Minna" aeroportunda sərt eniş edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, təyyarə hava limanına son giriş cəhdi  bitdikdən sonra qəzaya uğrayıb.Yerə düşdükdən sonra o, uçuş zolağında bir neçə on metr sürüşüb.

Ehtimala görə, qəzaya səbəb təyyarənin mühərriklərindən birinin texniki nasazlığı olub.

Qeyd olunur ki, fövqəladə hadisə nəticəsində heç kim xəsarət almayıb, ancaq sərnişinlər baş verənlərdən möhkəm sarsılıblar.